Azərbaycan güləşçisi Ayxan Cavadov dünya çempionatında finala vəsiqə qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.
BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kq-da, qadın güləşi üzrə isə 50, 53 və 72 kq-da finalçılar müəyyənləşib.
Ayxan Cavadov (60 kq) yarışa inamlı start verib. Dünya çempionumuz fransalı Maqomed Varayevə tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala yüksəlib. Təmsilçimiz braziliyalı Pedro Enrike de Souza Rodriqesi isə 6:2 hesabıyla üstələyərək adını yarımfinala yazdırıb. A.Cavadov yarımfinalda iranlı Əmirəli Heydərini minimal fərqlə (4:3) məğlub edərək ardıcıl 2-ci dəfə U20 dünya çempionatının finalına vəsiqə qazanıb. A.Cavadov sabah finalda özbəkistanlı Dostonbek Oripovla güləşəcək.
Elmin Əliyev (82 kq) ilk 2 görüşü vaxtından əvvəl qələbəylə başa vurub. Təmsilçimiz gürcüstanlı Luka Pipiya ilə yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. E.Əliyev 1/4 finalda isə özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında belaruslu Kiril Valevskiyə 4:7 hesabı ilə məğlub olub. Elmin Əliyev sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ya Mohammed Şaban (Misir), ya İsmayıl Bərəkət (Türkiyə), ya da Severi Maeenpaeae (Finlandiya) olacaq.
Esra Məmmədli (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya uduzub – 1:7.
Mübarizəyə 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) türkiyəli İlayda Çini "tuş" la yolundan kənarlaşdırsa da, finala gedən yolda hindistanlı Tanu Şarmayla bacarmayıb – 0:11. Zəhra həlledici qarşılaşmada Liliana Kazmina (Rusiya) – Petra Mueller (Macarıstan) görüşünün qalibiylə üz-üzə gələcək.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Emin Cavadlı U-20 dünya çempionatında bürünc medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. BAKU.WS xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 v...