Azərbaycan futbol tarixinin ən bahalı transferi – Zirvədə Nəriman Axundzadə
Azərbaycan futbol tarixində ən yüksək məbləğə reallaşan transferlərin siyahısı açıqlanıb.
BAKU.WS "Transfermarkt" portalına istinadən xəbər verir ki, rekord göstərici 2,5 milyon avro ilə Nəriman Axundzadəyə məxsusdur.
Gənc hücumçu bu transferlə həm ölkə futbolu tarixində ilk pilləyə yüksəlib, həm də son illərin ən diqqətçəkən keçidinə imza atıb.
Siyahıda ikinci yerdə 1,8 milyon avro ilə Deniz Yılmaz qərarlaşıb. İlk üçlüyü isə 1,2 milyon avro göstərici ilə Riçard Almeyda tamamlayır.
Qeyd edək ki, Nəriman Axundzadənin 2,5 milyon avroluq transferi Azərbaycan futbol bazarında yeni mərhələnin başlanğıcı ola bilər. Son illər yerli futbolçuların bazar dəyərinin artması və klubların beynəlxalq bazarda daha fəal iştirakı transfer məbləğlərinin də yüksəlməsinə səbəb olur.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Sabah" bu gün Finlandiyanın "KuPS" komandası ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizə aparan "Sabah" bu gün növbəti sınağına çıxacaq. BAKU.WS xəbər verir ki, Valdas Dambrauskasın rəhbərl...