Azərbaycan Əvəzedicilər Liqasının 2025/2026 mövsümünün püşkü atılıb

Azərbaycan Əvəzedicilər Liqasının 2025/2026 mövsümünün püşkü atılıb.
BAKU.WS xəbər verir ki, tədbir Peşəkar Futbol Liqasının (PFL) inzibati binasında təşkil olunub.
Yığıncaqda PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev və komandaların nümayəndələri iştirak ediblər.
10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək turnirin I və XIX turlarının (III dövrənin) püşkləri atılıb.
Avqustun 10-da start götürəcək yeni mövsümün I və XIX turunda üz-üzə gələcək cütlüklər aşağıdakı kimidir:
I tur
"Qəbələ-2" – "Kəpəz-2"
"Zirə-2" – "Neftçi-2"
"Şamaxı-2" – "Qarabağ-2"
"Sumqayıt-2" – "Araz Naxçıvan-2"
"Sabah-2" – "Turan Tovuz-2"
XIX tur
"Sabah-2" – "Sumqayıt-2"
"Şamaxı-2" – "Araz Naxçıvan-2"
"Qarabağ-2" – "Neftçi-2"
"Zirə-2" – "Qəbələ-2"
"Turan Tovuz-2" – "Kəpəz-2"
Oxşar xəbərlər
"Qarabağ" Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək
Bu gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. BAKU.WS xəbər verir ki, Ağdam təmsilçiləri III təsnifat mərhələsində ilk oyununa çıx...