Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün 5 ağırlıqqaldıran sifariş edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılovanın (49 kq) yer aldığını bildirib.
Federasiya rəsmisi deyib ki, bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan kimlərin qatılacağı dəqiq deyil.
Qeyd edək ki, yarış aprelin 15-dən 23-dək keçiriləcək.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...