Azərbaycan derbisinə doğru: Ümumilikdə 103 oyunçu rəqib qapılarına yol tapıb

Azərbaycan derbisinə doğru: Ümumilikdə 103 oyunçu rəqib qapılarına yol tapıb
İdman 59

"Zəfər turu" çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" qarşılaşması öncəsi bu komandalar arasında indiyədək vurulan qolların statistikası açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, derbilərdə ilk qolu Zaur Qarayev ("Qarabağ" ) vurub - 1:1 hesabı ilə heç-heçə başa çatan bu oyun 1992-ci il sentyabrın 26-da baş tutub. "Neftçi"nin ilk qoluna Ərani Beydiyev elə həmin matçda imza atıb.

Derbidə 103 futbolçu rəqib qapısına qol vurub. "Qarabağ"ın 55 oyunçusu qol sevinci yaşayıb. "Neftçi"nin 53 futbolçusu rəqib qapısına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.

Mahir Emreli ("Qarabağ") derbilərin bombardiridir - 9 qol.

Növbəti derbisinə çıxacaq Abdullah Zubir ("Qarabağ") 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.

"Neftçi"nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox - hərəyə 4 dəfə fərqləniblər.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, "Azersun Arena"da keçiriləcək növbəti "Qarabağ" - "Neftçi" derbisi noyabrın 9-da saat 18:44-də start götürəcək.

Son xəbərlər