Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının qızıl medalını qazanıb.
BAKU.WS xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici mərhələdə Fransa təmsilçisi Lusien Tiksyeyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. Bu gün digər təmsilçilərimizdən Məhəmməd Musayev (66 kq) qızıl, Xədicə Qədəşova (57) isə bürünc medal uğrunda görüşə qatılacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...