Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb - FOTO

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb - FOTO
Foto
İdman 177

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov mükafatlandırılıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində gümüş medal qazanan idmançı fəxri kürsüyə qalxarkən göz yaşlarını saxlaya bilməyib.

O, finalda hakim qərarı ilə qələbəni əldən verdiyi üçün ağlayıb. Təşkilatçılar cüdoçuya təsəlli verərək, onu sakitləşdiriblər.

Qeyd edək ki, Turan Bayramov həlledici görüşdə polşalı Ksaveri İqnasyaka uduzub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər