Azərbaycan çempionunun oyununda əlbəyaxa DAVA, 3 futzalçı meydandan qovuldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Araz-Naxçıvan" və Kosovonun "Ligeni" komandaları arasında futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələ oyununda dava düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, insident matçın sonuncu - 40-cı dəqiqəsində baş verib.
Azərbaycan çempionunun hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib və oyunçular bir-birilərinə zərbə endirməyə başlayıblar.
Daha sonra Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka ayağı ilə braziliyalı forvardı vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Görüşün baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, qarşılaşma 6:6 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...