Azərbaycan çempionu “Lex”lə qarşılaşma üçün Poznanda - VİDEO

04
iyl
2022
14:30
Azərbaycan çempionu “Qarabağ” klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün Polşanın Poznan şəhərinə səfər edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Lex”-“Qarabağ” oyunundan öncə baş tutacaq mətbuat konfransı və təmsilçimizin media üçün açıq məşqinin (15 dəqiqə) vaxtı da müəyyənləşib.
Belə ki, bu gün Bakı vaxtı ilə 20:40-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. 21:00-da isə Ağdam təmsilçisi “Poznan” stadionunda məşqə çıxacaq.
Oxşar xəbərlər
"Lex" klubu "Qarabağ"la oyunlar öncəsi problemlə üzləşib
"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Polşa "Lex"i problemlə üzləşib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu haqda...
