Azərbaycan çempionatının gümüş medalçısı: "Məqsədim dünya çempionatında yaxşı nəticə göstərməkdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının gümüş medalçısı Məhəmmədəli Əliyev qarşıdan gələn dünya çempionatında ən yüksək yerlərdən birini tutmağı hədəfləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 6 qat respublika çempionu iştirak etdiyi turnirdə ikinci yeri tutduğu üçün sevincli olduğunu deyib:
"Yarışda ikinci yeri tutduğuma görə sevincliyəm. Məqsədim qarşıdan gələn dünya çempionatında yaxşı nəticə göstərməkdir. Bunun üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatında ölkənin müxəlif bölgələrini təmsil edən 60-dan çox peşəkar idmançı çempionluq uğrunda mübarizə aparıb.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...