Azərbaycan boksçusu Dünya kubokunda qızıl medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub.
BAKU.WS xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb.
Hər 3 raundu xeyrinə başa vuran Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və Dünya Kubokunda qızıl medala yiyələnib.
Beləliklə, Azərbaycan milli komandası 40 ölkənin 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub.
Boksçularımızdan daha öncə Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...