Azərbaycan boksçuları U-23 Avropa çempionatına qələbə ilə start verib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iki boksçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatına qələbə ilə start verib.
BAKU.WS Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Əli Abdullayev (65 kq) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb.
Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.
Nicat Əlirzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda Arturs Vaisladan (Latviya) güclü olub – 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək.
Hər iki təmsilçimiz 1/8 final döyüşünə sabah çıxacaq.
Qeyd edək ki, Avropa çempionatın noyabrın 29-da yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...