Azərbaycan Boks Federasiyasının prezidenti məşqçilərlə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Bakı və Sumqayıt şəhərlərində çalışan məşqçilərlə görüşüb.
Federasiyanın mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, görüşdə boksun hazırkı vəziyyəti, daha da inkişaf etdirilməsi və kütləviləşməsi, həmçinin beynəlxalq təcrübədən yararlanaraq yüksək nailiyyətlərin əldə olunmasının yolları müzakirə edilib.
S.Babayev bildirib ki, hər bir uğura gedən yol çalışdırıcıların qurduğu sistemə bağlıdır. Çünki təməli onlar qoyur, müxtəlif yaş qrupları üzrə milli komandalar məhz müəllim-məşqçilərin əziyyətinin nəticəsində yetişən idmançılardan formalaşır.
Məşqçilər boksun inkişafı, klubların sayının, idmançıların təcrübəsinin artırılması, milli üçün ehtiyat qüvvənin yetişdirilməsi, bölgələrdə kütləviliyə nail olmaq, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.
Federasiya prezidenti görüş iştirakçılarına Məşqçilər Komitəsini formalaşdırmaq və onların köməyi ilə uğurlarımızı artırmaq üçün göstəriş və tapşırıqlarını verib.
ABF rəhbəri İdarə Heyətinə məşqçilər və boksçular üçün mükafatlandırma sisteminin yaradılması barədə də göstərişlərini verib.
Qalereya
Oxşar xəbərlər
Olimpiadada qızıl medal qazansam, bəlkə idmanı ataram - Hacı Əliyev
Azərbaycanın sərbəst güləş üzrə milli komandasının kapitanı, 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev "Report"a müsahibə verib. Həmin müsahibəni təqdim...