Azərbaycan bədii gimnastları Dünya Kubokunda iştirak edəcəklər

10
iyl
2024
19:35
Azərbaycan bədii gimnastları iyulun 12-14-də Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək “Challenge” seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.
Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, yarışın mükafatları uğrunda Zöhrə Ağamirova və İlona Zeynalova mübarizə aparacaq.
Onlar məşqçilər Kamil Quliyev və Akif Kərimlinin rəhbərliyi altında güclərini sınayacaqlar.
Səbinə Hacıyeva Azərbaycanı hakim qismində təmsil edəcək.
Oxşar xəbərlər
MOK: “Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”
“Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub”. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) t...
