Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb
İdman 7

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qarşılaşmalar 3–10 aprel tarixləri aralığında keçiriləcək.

Reqlamentə əsasən, iki qələbəyə ən tez çatan komanda 1/4 finala vəsiqə qazanacaq.

İlk oyun günündə – aprelin 3-də iki qarşılaşma baş tutacaq.

Saat 15:00-da "Quba" ilə "Şəki" üz-üzə gələcək. Günün digər matçında isə saat 19:00-da "Naxçıvan" "Sərhədçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.Naxçıva

Növbəti gün saat 14:00-da "Gəncə" "Lənkəran"la qarşılaşacaq. Günün son oyununda isə saat 16:00-da "NTD" "Sumqayıt"ı qəbul edəcək.

Tərəflər arasında cavab oyunları 6–7 aprel tarixlərinə təsadüf edəcək. Aprelin 6-da saat 14:00-da "Şəki" – "Quba", saat 20:00-da isə "Sərhədçi" – "Naxçıvan" qarşılaşmaları keçiriləcək.

Aprelin 7-də isə daha iki oyun baş tutacaq. Saat 15:00-da "Lənkəran" "Gəncə"ni sınağa çəkəcək. Günün son matçında isə saat 19:00-da "Sumqayıt" "NTD" ilə üz-üzə gələcək.

Zərurət yaranacağı halda, əlavə oyunlar 9–10 aprel tarixlərində təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

NTD

Son xəbərlər