Azərbaycan Basketbol Liqası: "Neftçi" "Naxçıvan"ı məğlub edib

18
yan
2025
19:40
Azərbaycan Basketbol Liqasının XI turunda "Neftçi" "Naxçıvan"ı məğlub edib.
"Report"un məlumatına görə, A qrupunun oyununda "ağ-qaralar" rəqibini 73:63 hesabı ilə üstələyiblər.
Günün son görüşündə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Sərhədçi"ni 85:78, NTD "Abşeron"u 87:77 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
DÇ-2026 seçmə mərhələsi: Azərbaycan ilk görüşdə İslandiyaya böyük hesabla məğlub oldu
DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarş...
