Azərbaycan avarçəkəni Azər İlyasov Litvada gümüş medal qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Akademik avarçəkmə üzrə gənclərdən ibarət Azərbaycan yığmasının üzvü, hazırda Litvada təlim-məşq toplanışında olan Azər İlyasov bu ölkənin Şaulyay şəhərində təşkil olunan Açıq Litva çempionatında gümüş medal qazanıb.
BAKU.WS xəbər verir ki, yerli idmançılarla yanaşı, ABŞ, İsveçrə və İsrail avarçəkənlərinin də mübarizə apardığı yarışda təmsilçimiz 15 idmançının olduğu yarımfinal mərhələsini uğurla dəf edərək həlledici yürüşə vəsiqə qazanıb.
Yağışlı və küləkli hava şəraitində baş tutan A finalında isə 2000 metr məsafəni 7 dəqiqə, 52 saniyəyə qət edən A.İlyasov yalnız yerli idmançıdan geri qalmaqla gümüş medal əldə edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...