Azərbaycan ağırlıqqaldıranı İslamiadanı üç medalla başa vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarını 3 medalla başa vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, birdən qaldırmada 155 kq-ın öhdəsindən gələrək ikinci yeri tutan milli üzvü daha iki mükafat əldə edib.
O, təkanla qaldırmada 190 kq nəticə ilə üçüncü olub. Təmsilçimiz toplamda isə 345 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) isə 1 gümüş və 2 bürünc mükafata yiyələnib.
***17:25
Azərbaycan ağırlıqqaldıranı Ravil Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, birdən qaldırmada gümüş mükafata sahib çıxıb.
R. Alməmmədov 155 kq-ın öhdəsindən gəlib.
Qeyd edək ki, bu Azərbaycan ağırlıqqaldıranların İslamiadada 7-ci medalıdır.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...