Azarkeşləri məhv edən XƏBƏR - 120 illik tarixi olan klub müflis oldu
Belçikanın 2-ci Liqa komandası "KV Ostend", borc səbəbindən növbəti mövsüm üçün lisenziya ala bilməyəcək.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 1904-cü ildə qurulan klub aşağı liqaya düşmək əvəzinə müflis elan ediləcək.
Klub meneceri Verner Van Oostervijk mövzu ilə bağlı açıqlamasında bunları deyib:
"Lisenziya olmasa, ikinci həvəskarlar liqasına düşəcəyik, amma orada böyük borc yükünü ödəyə bilmərik. Ona görə də müflis elan edilmək üçün müraciət etməkdən başqa çarəm qalmayacaq".
Oostervijk bunun bütün "KV Ostend"i azarkeşləri üçün ağır zərbə olduğunu bildirib:
"Azarkeşlər, oyunçular, məşqçilər, sponsorlar, heyət, könüllülər... Mən həm də klubu ayaqda saxlayan gözəl işçi komandasını düşünürəm. Çətin şəraitdə onların hamısı işlərini itirirlər".
Oxşar xəbərlər
AFFA iki kluba Premyer Liqada iştirak üçün lisenziya verdi
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda 2023/24-cü illər mövsümündə UEFA-nın kl...