Azarkeşlər məğlubiyyətdən sonra rəqib stadionuna od vurdular - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliya çempionatının üçüncü divizionunun "Taranto" - "Foqcia" matçından sonra stadionda yanğın baş verib.
BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.
Qarşılaşma sentyabrın 3-də Taronto stadionunda baş tutub. Görüş 2:0 hesabı ilə "Taronto"nun xeyrinə başa çatıb, bundan sonra qonaq azarkeşlərin sektorunda yanğın başlayıb.
"Foqcia" azarkeşləri rəqibin stadionunu yandırmaqda şübhəli bilinirlər.
Qeyd olunur ki, yanğına səbəb "Foqcia" azarkeşləri tərəfindən yandırılan tüstü bombalarından biri olub. Belə ki, tüstü bombası stendlərin altında saxlanılan plastik materiallara və qatran rulonlarına keçib.
Məlumata görə, təxminən 250 nəfər olan "Foqcia" azarkeşləri stadiona gedərkən qəzaya düşüb və matçın ikinci hissənin ikinci yarısında tribunaya çıxıblar. Tribunalara çatan kimi onlar dərhal tüstü bombaları yandırmağa və atəşfəşanlıq etməyə başlayıblar. Hadisə yerinə gələn yanğınsöndürənlərə isə daş atıblar.
Nəticədə bütün gecə yanğının söndürülməsi istiqamətində işlər görülüb.
Hadisə zamanı xəsarət alanın olmadığı bildirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...