Ayşən Abduləzimova AVRO-2023-ə vəsiqə qazanmalarından DANIŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu qələbə bizə ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırdı. Bütün komanda yoldaşlarımı, məşqçilər korpusumuzu və həmişə bizə dəstək olan azarkeşlərimizi təbrik edirəm”.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova 2023-cü ildə Belçika, İtaliya, Estoniya və Almaniya keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaları ilə bağlı danışarkən deyib.
29 yaşlı kapitan təsnifat mərhələsində Sloveniya ilə görüşlərin istədikləri kimi alınmadığını bildirib:
“Həm Bakıda, həm də səfərdə məğlub olduq. Buna baxmayaraq, sonuncu və həlledici oyunda Avstriya komandasına qalib gəldik.
Biz hər zaman azarkeşlərin dəstəyini hiss edirdik və çox çalışırdıq ki, qalib gələrək onlara sevinc bəxş edək. Fanatlar hər zaman bizimlə olublar. Hər birinə təşəkkür edirəm. Komandamıza AVRO-2023-də uğurlar arzulayıram”.
Qeyd edək ki, təsnifat mərhələsinin sonuncu matçında Avstriyaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan millisi ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...