Ayşən Abduləzimova: "Portuqaliya ilə oyunda çox əziyyət çəkdik"

Ayşən Abduləzimova: Portuqaliya ilə oyunda çox əziyyət çəkdik
İdman 8

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatında Portuqaliya ilə oyunda çox əziyyət çəkib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu yığmanın kapitanı Ayşən Abduləzimova oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Voleybolçu ilk oyunda azarkeş dəstəyinin mükəmməl olduğunu vurğulayıb:

"İlk oyun və ilk həyəcan idi. Meydançada çox əziyyət çəkdik. Bəzi mövqe dəyişiklikləri də oldu. Azarkeşlərin dəstəyi mükəmməl idi və buna görə hamıya təşəkkür edirəm".

A. Abduləzimova növbəti rəqib olan İspaniya seçməsinə qarşı fərqli hazırlaşmağın vacibliyini qeyd edib:

"İspaniya digər komandalardan fərqli olaraq daha tez və sürətli oynayır. Onlara qarşı başqa cür hazırlaşmalıyıq. Hazırlıq üçün bir gün vaxtımız var. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

"Qrupda ən çətin rəqibimiz Niderland yığmasıdır", - idmançı bildirib.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk oyunda Portuqaliya millisini 3:1 hesabı ilə məğlub edib. Komanda növbəti matçını avqustun 23-də İspaniya yığmasına qarşı keçirəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər