Aydın Süleymanlı: "Məqsədim Vüqar Həşimov Memorialında qaliblər sırasında yer almaqdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Xankəndidə keçiriləcək 11-ci Vüqar Həşimov Memorialında qaliblər sırasında yer almaq istəyir.
BAKU.WS xəbər verir ki, bu barədə o, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
A.Süleymanlı turnirin gərgin və maraqlı mübarizə şəraitində keçəcəyini söyləyib:
"Turnirdə güclü şahmatçılar mübarizə aparacaq. İştirakçı sayının altı olması yarışın daha da maraqlı olacağından xəbər verir. Məqsədim daha yaxşı çıxış etmək və Xankəndidə qaliblər sırasında yer almaqdır".
Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirə Xankəndidə dekabrın 9-da start veriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...