Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Minifutbol Federasiyasının feysbuk sosial şəbəkəsi hesabında Slovakiyada keçirilən qitə çempionatının qalibi olmuş Azərbaycan millisi ilə bağlı paylaşımlar edilib.
BAKU.WS xəbər verir ki, paylaşımda Azərbaycan millisinin üzvləri 2026-cı ilin Avropa çempionları adlandırılıb.
Federasiyanın sosial şəbəkə hesabında həmçinin Azərbaycan millisi üzvlərinin qələbə sevincini əks etdirən video da paylaşılıb.
Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu minifutbol üzrə Azərbaycan millisi "Tipos Arena"da keçirilən final matçında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...