Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib
30
sen
2017
17:58
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub. BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki, “Zenit”in hücumçusu Aleksandr Kokorin bütün həmkarlarını qabaqlayıb.Rusiyalı futbolçu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. O, səslərin 39 faizini toplayaraq, ən yaxın izləyiciləri Konstantin Budesku ("Styaua", 24 faiz) və Manuel Fernandesi ("Lokomotiv”, 13 faiz) geridə qoyub.Qeyd edək ki, “Zenit”in “Real Sosyedad”a 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Kokorin aktivinə 2 qol yazdırıb.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" - "Roma" oyununun ən yaxşı futbolçuları müəyyənləşib
Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" və İtaliyanın "Roma" komandaları arasında keçirilən oyunun ən yaxşı futbolçula...