Avropa Liqası: "Qarabağ"ın qrupdakı oyunlarının təqvimi bəlli olub
27
avq
2022
11:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını sentyabrın 8-də Almaniyada "Frayburq"a qarşı keçirəcək.
"Köhlən atlar" sentyabrın 15-də Bakıda Fransa "Nant"ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisini qəbul edəcək.
"Qarabağ" V turda səfərdə "Nant"la, sonuncu turda isə Bakıda "Frayburq"la üz-üzə gələcək.
Oxşar xəbərlər
"Nant"ın baş məşqçisi: "Qrupdakı ən güclü komanda "Olimpiakos"dur"
"Qrupdakı ən güclü komanda "Olimpiakos"dur". BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən...