Avropa Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.
"Bolt Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası, III təsnifat mərhələsi
Cavab oyunu
20:00. HİK - "Qarabağ"
Baş hakim. Villi Delajod (Fransa)
Helsinki. "Bolt Arena"
Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" Finlandiya klubuna qalib gəlib - YENİLƏNİB-7
"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib. "Köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qə...