Avropa Kuboku: Azərbaycan cüdoçusu Əbil Yusubov gümüş medal qazanıb
05
iyl
2026
12:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk yarış günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.
BAKU.WS xəbər verir ki, yığmanın üzvü Əbil Yusubov (73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısında qələbə qazanıb.
Final qarşılaşmasında italiyalı Luço Tavolettaya uduzan Azərbaycan cüdoçusu yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə Azərbaycan millisinin daha 15 üzvü tatamiyə çıxacaq.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...