Avropa çempionatının kuboku Bakıya gətiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Avropa çempionatının kuboku Bakıya gətiriləcək.
BAKU.WS-in Trend-ə istinadən xəbərinə görə, bu barədə UEFA-nın saytında məlumat verilib. Qeyd olunur ki, kubok yarışların keçiriləcəyi şəhərlər üzrə tur çərçivəsində mayın 7-8-də Bakıda nümayiş etdiriləcək.
Kubok daha sonra Bakıdan Kopenhagenə yola düşəcək.
Qeyd edək ki, Avro-2020 çərçivəsində Bakıda qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir matçı keçiriləcək.
Yarımfinal və final matçları Londonda baş tutacaq.
Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...