Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finala yüksəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.
BAKU.WS Azərbaycan Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisindən 2-si finala yüksəlib.
Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2, ardından bolqarıstanlı İlya Mustakova 6:1 hesabı ilə qalib gəlib.
Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqarıstanlı Martin Dimitrovu tam üstünlüklə (9:0), 1/4 finalda macarıstanlı Kriştofer Klanyini 7:0, yarımfinalda serbiyalı Aleksa İliçi 5:1 hesabı ilə yenib.
Həm Babaşov, həm də Həsənli martın 8-də keçiriləcək həlledici görüşdə gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə mübarizə aparacaq.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində danimarkalı Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Lakin rəqib finaladək irəlilədiyi üçün Vəliyev martın 8-də türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq.
Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. O, çexiyalı Marsel Albinini 13:5 hesabı ilə yenərək, yarımfinala vəsiqə əldə edib. Məmmədov finala gedən yolda türkiyəli Fatih Bozkurta uduzub - 6:13. O, martın 8-də yunanıstanlı Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.
Oxşar xəbərlər
Güləşçimiz erməniyə heç bir şans vermədi, dünya çemopionu oldu - FOTO
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır. BAKU.WS Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 6-cı yarış günündə...