Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 qızıl medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, 67 kq-da çıxış edən pəhləvan yaşı 23-dək olan idmançılar arasında qüvvəsinı sınayıb.
Birdən qaldırma hərəkətində 131 kq çəkinin öhdəsindən gələn atlet bütün rəqiblərini qabaqlayaraq, qızıl medala sahib çıxın.
Təkanla qaldırmada 162 kq-ı ram edən “Qartal” klubunun təmsilçisi bu hərəkətdə də birinci yeri tutub. Rüstəmov toplam 293 kq (131+162) nəticə göstərərək, yekun sıralamada da hamıdan güclü olub.
Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov Avropa birinciliyində 3 medal qazanıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...