Avropa çempionatında Azərbaycanın daha beş güləşçisi mübarizəyə qoşulacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın daha beş yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bu gün mübarizəyə start verəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) xalça üzərinə çıxacaqlar.
H.Cəfərov daha əvvəl üç, N.Məmmədli iki, Q.Qurbanov bir dəfə qitə çempionatında qızıl mükafat əldə ediblər.
Bundan əlavə, Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...