Avropa çempionatı: Niderland millisi Bakıda ikinci qələbəsini qazanıb
24
avq
2026
17:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk matçında Niderland seçməsi Portuqaliyanı məğlub edib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma 3:0 (25:21, 25:18, 25:23) hesabı ilə bitib. "Narıncılar" I turda Rumıniyanı 3:2 hesabı ilə üstələyib.
Günün ikinci görüşündə Azərbaycan millisi Rumıniyanı sınağa çəkəcək. Matç saat 18:30-da başlayacaq.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...