AVRO-2024-ün favorit millisi açıqlandı
Almaniya milli komandası AVRO-2024-ün favorit yığmasıdır.
Bu barədə "Opta" statistika agentliyi məlumat yayıb.
"Opta" hesab edir ki, Almaniyanın turnirin qalibi olmaq ehtimalı 18,34 faizdir. Favoritlərin üçlüyünə Fransa (18,21%) və İngiltərə (17,22%) milli komandaları daxildir.
Xatırladaq ki, bazar günü, 23 iyun tarixində Almaniya və İsveçrə milli komandaları arasında oyun keçirilib. Komandalar Almaniyanın Frankfurt şəhərindəki "Doyçe Bank Park" stadionunda oynayıblar. Oyunu italiyalı baş hakim Daniele Orsato başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matç 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Almaniya qrup mərhələsində yeddi xal toplayaraq A qrupunun qalibi olub.
Oxşar xəbərlər
“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır - ARAŞDIRMA
“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır. BAKU.WS report-a istinadən xəbər...