AVRO-2024: Sloveniya köməkçi məşqçisinin güdazına getdi
Yeniliklərdən dərhal xəbərdar olun
AVRO 2024-ün C qrupuna İngiltərə, Danimarka, Sloveniya və Serbiya yer alıb. Hər üç matçdan sonra qrup sıralaması maraq doğurub.
BAKU.WS xəbər verir ki, Danimarka və Sloveniya xal, top fərqi, vurulan qollar və oyunçu kartları baxımından eyni rəqəmlərə malik olsalar da, Danimarka qrupda Sloveniyanı qabaqlayıb.
UEFA-dan verilən açıqlamaya görə, Danimarka Sloveniyada köməkçi məşqçi Milivoje Novakoviçin aldığı sarı vərəqə səbəbindən Sloveniyanı qrup sıralamasında geridə qoyub.
UEFA-nın açıqlamasından sonra aydınlaşan AVRO 2024-ün C qrupunun reytinqi belədir:
1- İngiltərə: 5 xal
2- Danimarka: 3 xal
3- Sloveniya: 3 xal
4- Serbiya: 2 xal
Oxşar xəbərlər
Azərbaycanın U-17 millisi iki yoldaşlıq oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi mayın 13-dən 21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər ve...