AVRO-2024: Ramil Şeydayev Belçika ilə oyunda iştirak edə bilməyəcək

AVRO-2024: Ramil Şeydayev Belçika ilə oyunda iştirak edə bilməyəcək
İdman 3

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Belçika yığmasına qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyununda iştirak etməyəcək.

"Report" xəbər verir ki, buna 27 yaşlı hücumçunun hazırda davam edən İsveçlə matçda sarı vərəqə alması səbəb olub.

29-cu dəqiqədə hakimə etiraz etdiyi üçün xəbərdarlıq alan forvard cəzalı duruma düşüb.

Qeyd edək ki, Azərbaycan - İsveç oyununda ilk hissə oynanılır və yığmamız 2:0 hesabı ilə öndədir.

Noyabrın 19-da Brüsseldə reallaşacaq Belçika - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər