AVRO-2024: Bu gün son iki 1/4 finalçının adına aydınlıq gələcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün AVRO-2024-də 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.
BAKU.WS xəbər verir ki, günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki "Alyans Arena"da keçiriləcək.
Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşacaq.
AVRO-2024
1/8 final
2 iyul
20:00. Rumıniya - Niderland (Münhen, "Alyans Arena").
23:00. Avstriya - Türkiyə (Leyptsiq, "Red Bull Arena").
Oxşar xəbərlər
AVRO-2024: Türkiyə ilk matçında qələbə qazanıb - VİDEO - YENİLƏNİB 6
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda baş tutan Türkiyə - Gürcüstan matçında Türkiyə komandası 3:1 hesablı qələbə qazanıb. BAKU.WS re...