AVRO-2024: Bu gün 1/4 finalın son oyunları keçiriləcək

AVRO-2024: Bu gün 1/4 finalın son oyunları keçiriləcək
İdman 144

Bu gün AVRO-2024-də 1/4 finalın son oyunları keçiriləcək.

BAKU.WS xəbər verir ki, günün ilk matçı saat 20:00-da Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.

1/4 finalın son qarşılşamasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. Berlindəki Olimpiya stadionunda baş tutacaq oyunun start fiti saat 23:00-da səslənəcək.

AVRO-2024

1/4 final

6 iyul

20:00. İngiltərə - İsveçrə

Baş hakim: Daniele Orsato (İtaliya).

Düsseldorf, "Esprit Arena".

23:00. Niderland - Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

Son xəbərlər