AVRO-2020-də səkkiz qolluq matç: İspaniya 1/4 finalda - YENİLƏNİB/ VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniya dünya çempionatının son finalçısı Xorvatiyaya 5:3 hesabı ilə qalib gəlib, 1/4 finala vəsiqə qazandı.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, üçqat Avropa və dünya çempionlarının rəqibi bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Fransa – İsveçrə görüşündən sonra müəyyənləşəcək.
***
21:33
İspaniya millisi müdafiəçi Sesar Aspilikuetanın baş zərbəsindən vurduğu qolla hesabda önə keçdi.
“Çelsi” ilə Çempionlar Liqasını qazanmış futbolçu 57-ci dəqiqədə fərqləndi. İspaniya 0:1 uduzduğu görüşdə xorvatlara 2:1 qalib gəlir.
***
20:49
AVRO-2020 çərçivsində Xorvatiya – İspaniya matçı başladı.
Xorvatiya 20-ci dəqiqədə hesabda önə çıxdı. İspaniya millisinin qapıçısı Unai Simon sadə ötürməni ayağında saxlaya bilmədi və top qapıya getdi.
İspaniya millisi Pablo Sarabiyanın 38-ci dəqiqədəki qolu ilə hesabı bərabərləşdirdi – 1:1. Bu, PSJ-nin yarımmüdafiəçisinin ardıcıl ikinci oyunda ikinci qoludur.
Oxşar xəbərlər
AVRO-2020: Türkiyə millisi qrupda qaldı, Uels 1/8 finalda - YENİLƏNİB - 5
Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizəyə yekun vurulub. Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. Görüş “ay-ulduzl...