AVRO-2020 Rusiyada keçirilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Avropa çempionatı bir ölkədə keçirilə bilər.
BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, turnirin Rusiyada təşkili nəzərdən keçirilən alternativlər arasındadır.Bildirilib ki, UEFA Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən AVRO-2020-nin yalnız Rusiyada baş tutması ssenarisini nəzərdən keçirir. Adıçəkilən ölkədə virusun digərləri ilə müqayisədə az yayılması və DÇ-2018-dən sonra lazımi infrastruktura malik olması bu variantın reallaşma ehtimalını artırır.Qeyd edək ki, AVRO-2020-nin Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır
2020/2021 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış edəcək klubların dəyəri açıqlanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, iştira...