AVRO-2020: İsveç Ukrayna oyununda ilk hissə bitdi, hesab bərabərdir - YENİLƏNİB

AVRO-2020: İsveç Ukrayna oyununda ilk hissə bitdi, hesab bərabərdir - YENİLƏNİB
İdman 99

Qarşılıqlı hücumlarla keçən matçda Ukrayna hesabı açdı.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir, “Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko 27-ci dəqiqədə qüvvətli zərbə ilə fərqləndi. Ukrayna İsveçə 1:0 qalib gəlir.

İsveç isə Emil Forsberqin qolu ilə 43-cü dəqiqədə hesabı bərabərləşdirdi.

***

23:04

Böyük Britaniyada AVRO-2020-nin daha bir görüşü başladı.

Bu dəfə Şotlandiyanın mərkəzi şəhəri Qlazqoda İsveç və Ukrayna milliləri qarşılaşır. Bu matçla turnirin 1/8 final mərhələsinə yekun vurulacaq.

Komandalar indiyədək dörd dəfə qarşılaşıb. Bunlardan ikisində Ukrayna, birində İsveç qalib gəlib. Top fərqi 4:3 Ukraynanın xeyrinədir.

İsveç (4-4-2): Ulsen, Auqustinson, Danielson, Lindelöf, Lustiq, Foşberi, Ekdal, Ulson, S. Laşon (kapitan), İsak, Kuluşevski

Ukrayna (4-3-3): Buşan, Matviyenko, Krivtsov, Zabarnı, Karavayev, Zinçenko, Stepanenko, Sidorçuk, Şaparenko, Yaremçuk, Yarmolenko (kapitan)

Qeyd edək ki, bu matçın qalibi iyulun 3-də İtaliyanın paytaxtı Romada İngiltərəyə rəqib olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər