Atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimi keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimi keçirilib.
Tədbir “Baku Crystal Hall”da təşkil olunub.
Öncə iştirakçı ölkələrin bayraqları nümayiş olunub.
Ardınca Azərbaycan mədəniyyəti ilə bağlı videoçarx nümayiş etdirilib. Bundan sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib və Dövlət Himni səsləndirilib.
Daha sonra Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (ISSF) bayrağı səhnəyə gətirilib və federasiyanın himni səsləndirilib.
Açılış mərasimində çıxış edən ISSF prezidenti Luçiano Rossi Bakının bir sıra beynəlxalq yarışlara ev sahibliyi etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Bundan sonra idmançılar məşqçilər və hakimlərin andiçmə mərasimi baş tutub.Bununla da, açılış mərasiminin rəsmi hissəsi başa çatıb və bədii hissəyə keçid edilib.
Qeyd edək ki, sentyabrın 1-dək davam edəcək Dünya Çempionatında 101 ölkədən 1239 idmançı iştirak edəcək. Azərbaycan yarışda 31 idmançı ilə təmsil olunacaq.
Daha çox foto burada: PhotoStock.az
Qalereya
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...