Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür"

Arif Əsədov: İndiki vəziyyətdə Neftçi Qarabağdan daha şanslı görünür
İdman 10

Misli Premyer Liqasının XXIX turunda "Qarabağ"la qarşılaşacaq "Neftçi" rəqibindən daha şanslı görünür.

BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis həftəsonu qarşılaşacaq komandaların duelindən danışarkən Ağdam təmsilçisində ruh düşkünlüyünün olduğunu vurğulayıb:

"Qarabağ"a nisbətən "Neftçi"də daha çox ruh yüksəkliyi var. Futbolçuların hazırkı performansı da yüksək səviyyədədir və avrokuboklara düşmək üçün şansları davam edir. Hazırda rəqiblərindən 1 oyun az keçiriblər. "Qarabağ"la matçda xal və ya xallar qazanıb, turnir cədvəlindəki vəziyyətlərini bir qədər də düzəltmək istəyəcəklər. "Qarabağ"da isə Çempionlar Liqasından sonra eniş hiss olunur. Azərbaycan Kuboku əllərindən çıxdı, Premyer Liqada çempionluğu böyük ölçüdə itiriblər. "Neftçi" yəqin ki, bu vəziyyətdən istifadə etməyə çalışacaq.

Bütün bunlara baxmayaraq, adıçəkilən komandaların dueli həmişə böyük maraq kəsb edir. Hazırkı durumları müqayisə etdikdə, "Neftçi" daha şanslı görünür. Təbii ki, oyunun gedişi hər şeyi göstərəcək. Dediyim kimi, proqnoz vermək çətindir, amma müəyyən üstünlüyü "Neftçi"yə vermək olar".

Xatırladaq ki, "Sabah" Misli Premyer Liqasında 28 turdan sonra 69 xalla liderdir. Rəqibindən bir matç az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır. 44 xalı olan "Neftçi" isə beşincidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər