Argentina İordaniyaya qalib gəlib, Əlcəzair-Avstriya matçında heç-heçə qeydə alınıb
Futbol üzrə dünya çempionatında J qrupunun sonuncu – III turunun oyunları başa çatıb.
BAKU.WS xəbər verir ki, Argentina millisi İordaniya seçməsini böyük hesabla məğlub edib.
Dallas stadionunda keçirilən qarşılaşma Cənubi Amerika təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 80-ci dəqiqəsində Lionel Messi cərimə zərbəsindən vurduğu dəqiq qolla komandasının üstünlüyünü möhkəmləndirib.
Qrupun paralel keçirilən digər oyununda isə bol qollu heç-heçə qeydə alınıb. Kanzas stadionunda baş tutan Əlcəzair - Avstriya matçı 3:3 hesabı ilə başa çatıb.
Dünya çempionatının K qrupunda III turun oyunları başa çatıb. Kolumbiya ilə Portuqaliya arasında keçirilən görüş qolsuz bərabərliklə (0:0) yekunlaşıb. Bu nəticə ilə 7 xal toplayan Kolumbiya qrup lideri, 5 xalı olan Portuqaliya isə ikinci yeri tutaraq 1/16 finala yüksəlib.
Digər qarşılaşmada Konqo Demokratik Respublikası Özbəkistanı 3:1 hesabı ilə məğlub edib. Hesabı Eldor Şomurodov açsa da, Yoan Vissa (iki qol) və İbrahim Mayelenin qolları Afrika təmsilçisinə əzmkar qələbə qazandırıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: "İndiki istək və templə davam edəcəyik"
"İndiki istəklə və templə davam edəcəyik". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən "VSG Tirol" (Avst...