Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor"dan "transfer bombası" - FOTO
26
apr
2024
16:24
Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" növbəti mövsüm üçün transfer işlərinə başlayıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, klub 31 yaşlı Manuel Lanzinini heyətinə qatmaq istəyir.
Rəhbərlik argentinalı futbolçunun qiyməti ilə bağlı danışıqları davam etdirir.
İstanbul təmsilçisi futbolçunun qiymətini azaltmaq istəyir. Əgər xərc istənilən məbləğdə olarsa, Lanzini transferi həyata keçiriləcək.
Qeyd edək ki, uzun illər "Vest Hem Yunayted" forması ilə meydanlarda iz qoyan Lanzini keçən yay "River Pleyt"ə qayıdıb.
Oxşar xəbərlər
"Qalatasaray"dan transfer bombası: Daha bir ulduzu heyətinə qatmaq istəyir
Artıq yay transfer pəncərəsi üçün fəaliyyətə başlayan "Qalatasaray" "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatacaq Rafa Silvaya göz dikib. BAKU.WS bu barədə...