Arda Gülərdən iddialı açıqlamalar - "Bu, qisas matçı idi"
Yeniliklərdən dərhal xəbərdar olun
Arda Gülər Türkiyə millisinin Avstriyanı məğlub edərək AVRO 2024-ün 1/4 finalına yüksəldiyi matçdan danışıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yoldaşlıq görüşündə 6:1 hesabı ilə uduzduqları matçı xatırladan gənc ulduz Avstriyadan qisas aldıqlarını deyib:
"Son yoldaşlıq matçında pis məğlub olduq. Bunun qisas matçı olduğunu bilirdik. Berlini təsəvvür edə bilirəm.Buraları gördükdən sonra ora da inanılmaz olacaq. İnşallah o matçda da xalqımızı sevindirəcəyik".
"İnanılmaz bir axşam oldu. Biz də xoşbəxtik. Qələbə üçün hər şeyi verən komanda var idi. Müəyyən oyun planımız var idi. Ona sadiq oynadıq. Burada inanılmaz ab-hava var idi, bizi daha da gücləndirdilər", - deyə Arda qeyd edib.
"Montellanın onu fərqli mövqedə oynatdırdığını vurğulayan Arda, "Belə rəqiblərə qarşı topun arxasına keçəndə hamımız qaçmalıyıq. Bu gün öyrəşmədiyim bir mövqedə oynadım. Məşqçi məndən bağlantı yaradan oyunçu olmağımı istədi. Əlimizdən gələni etdik".
Oxşar xəbərlər
Arda Gülər bu siyahıda Mbappe, Bellinqam və Ronaldo kimi ulduzları geridə qoydu
Kriştiano Ronaldo, Kilian Mbappe, Jude Bellinqhem, Camal Musiala, Toni Kroos... İstənilən sahədə bu ulduzları geridə qoymaq asan deyil. Ancaq Arda Gülər buna...