Arda Güler məğlubiyyətə görə Türkiyə xalqından üzr istədi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə milli komandasının gənc ulduzu Arda Güler Paraqvay yığmasına acı məğlubiyyətdən sonra azarkeşlərə müraciət edərək onlardan üzr istəyib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, istedadlı yarımmüdafiəçi matç bitdikdən sonra verdiyi müsahibədə komandanın nümayiş etdirdiyi oyundan məyus olduğunu bildirib.
"Utanırıq. Bütün xalqımızdan üzr istəyirik. Çox böyük klublarda çıxış edirik və bu səviyyəni yaşıl meydanda da sübut etməliyik. Ardıcıl iki matçda rəqib qapısına yol tapa bilmədik", - deyə Arda Güler vurğulayıb.
"Real Madrid"in futbolçusu milli komandadakı karyerası ərzində bu uğursuz turniri unutdurmaq üçün əlindən gələni edəcəyini də deyib:
"Milli komandadakı karyeramın sonuna qədər bu turniri yaddaşlardan silmək üçün əlimdən gələn hər bir şeyi edəcəyəm. Bir daha xalqımızdan üzr istəyirik".
Xatırladaq ki, Türkiyə yığması bugünkü qarşılaşmada Paraqvaya 1:0 hesabı ilə məğlub olaraq turnirin pley-off mərhələsinə vəsiqə qazanmaq şansları ilə birdəfəlik vidalaşıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...