"Araz-Naxçıvan" səfərdə minimal hesablı qələbə qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasında XX turun daha bir qarşılaşması baş tutub.
BAKU.WS xəbər verir ki, günün ikinci oyununda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaq komandanın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Matçın taleyini ilk hissənin sonuna əlavə olunmuş vaxtda təyin olunan penalti həll edib. 45+5-ci dəqiqədə Ramon Maçado dəqiq zərbə ilə hesabı açıb.
Meydan sahibləri ikinci hissədə hesabı bərabərləşdirməyə çalışsa da, 74-cü dəqiqədə Aleksandr Ramalinqomun qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması komandanın işini daha da çətinləşdirib.
Bu nəticədən sonra hər iki komandanın aktivində 30 xal var. Əlavə göstəricilərə görə "Sumqayıt" turnir cədvəlində altıncı, "Araz-Naxçıvan" isə yeddinci sırada yer alıb.
Turun əvvəlki oyunlarında "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib. Dünən keçirilən qarşılaşmalarda isə "Qarabağ" "İmişli"ni, "Zirə" isə "Karvan-Yevlax"ı 1:0 hesabı ilə üstələyib. XX tura fevralın 16-da yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...