"Araz-Naxçıvan"ın yeni transferi: "Yüksək yerlər uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşdur"
![Araz-Naxçıvanın yeni transferi: Yüksək yerlər uğrunda mübarizə aparan klubun üzvü olmaq xoşdur](https://baku.ws/storage/photos/uploads/thumbs/large/MbzaEi0gj1IrZURf7vcN1ymXreJl3WZReKlbIrk1.webp)
Yüksək yerlər uğrunda oynayan komandanın üzvü olmaq xoşdur.
"Report" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın yeni transferi Əyyub Allaş deyib.
Mərakeş əsilli belçikalı futbolçu bölgə təmsilçisinə keçidi ilə bağlı klubun mətbuat xidmətinə danışıb:
"Baş məşqçi Elmar Baxşıyevi "Qəbələ"dən tanıyıram. Necə məşqçi olduğunu yaxşı bilirəm. Komandamı dəyişmək, özümü yeni klubda sınamaq istəyirdim. Elmar müəllim məni yenidən öz komandasında görmək istədiyini bildirdi. Təklif gözlədiyim üçün menecerimlə bunu müzakirə etdik və yenidən Azərbaycana döndüyüm üçün xoşbəxtəm".
Yarımmüdafiəçi "Qəbələ"dən ayrıldıqdan sonra Azərbaycan Premyer Liqasını izlədiyini bildirib:
"Azərbaycan çempionatını izləyirdim. Təklif gəldikdən sonra "Araz-Naxçıvan" barədə məlumat topladım. Komandanın turnir cədvəlindəki mövqeyi onun iddiasından xəbər verir. "Araz-Naxçıvan"ın uğur qazanmasına kömək etmək üçün buradayam. Mənim də hədəflərim hər zaman yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Təbii ki, futbol proqnozları sevmir. Ona görə də indidən yayda vəziyyətin necə olacağını demək mümkün deyil. Ancaq çalışacağıq ki, yekun uğurlu alınsın".
Ə.Allaş başqa klublardan da təkliflər aldığını gizlətməyib:
"Digər klublardan da təkliflər var idi. "Araz-Naxçıvan"ı və baş məşqçini tanıdığım üçün bu komandanı seçdim. Futbolçu üçün baş məşqçi amili çox vacibdir. Onun iş prinsiplərinə, tələblərinə bələdsənsə, deməli, getməyə dəyər".
O, meydana çıxmağa hazır olduğunu deyib:
"Kəpəz"ə qarşı matçda baş məşqçi şans verərsə, özümü oynamağa hazır sayıram. Düzdür, uyğunlaşmaq üçün qısa olsa da, vaxt lazımdır. Ancaq əksər futbolçuları və baş məşqçini yaxından tanıdığıma və əvvəllər onlarla birgə oynadığıma görə bu mərhələni tez keçirə bilərəm".
Oxşar xəbərlər
"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunu transfer edib
"Neftçi" Seneqal əsilli ingiltərəli hücumçunun transferini açıqlayıb. Klubdan "Report"a verilən məlumata görə, "ağ-qara"lar Bassala Sambu ilə anlaşıb. Doqquz nö...
![](/images/banners/placeholder_home_right_az.jpg)