"Araz-Naxçıvan" Çempionlar Liqasındakı növbəti matçında heç-heçə edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
BAKU.WS xəbər verir ki, Lüksemburq çempionu "Differdanje 03" ilə üz-üzə gələn Naxçıvan klubu 2:2 hesablı heç-heçəyə razılaşıb.
Azərbaycan təmsilçisinin qollarını Can Perruzo (15) və Luidji Lonqo (38) vurublar.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. "Araz-Naxçıvan" əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın "Tigers Roermond" komandasına qarşı keçirəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...